Böyük Osmanlı Türk İmperatorluğu » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Böyük Osmanlı Türk İmperatorluğu

Böyük Osmanlı Türk İmperatorluğu

Müəllif: Anar
//
06 Şubat 2013
//
//

OXUNUB:566
Böyük Osmanlı Türk İmperatorluğu
Böyük Osmanlı Türk İmperatorluğu

Böyük Osmanlı Türk İmperatorluğunun, “Yüksəliş Dövrü”-nün on ikinci padşahı, 91-ci İslam xəlifəsi Sultan II Səlimin və Nurbanu Sultanın oğlu, Sultan III Murad (Bax şəkil № 1) olmuşdur.O, 1574-cü ildə atası Sultan II Səlim dünyasını dəyişdikdən sonra, 28 yaşında ikən səltənətliyə bir varis kimi sahib çıxmışdır. Beləliklə Sultan III Murad Alaşehir və Manisa bəyliyindən, Osmanlı taxt-tacını ələ keçirməklə, özünü Osmanlı İmperatorluğunun hökmdarı elan edərək, Osmanlı taxtına oturmağa nail oldu. Sultan III Murad 1546-cı ildə Manisada anadan olmuş, 1595-ci ildə İstanbulda 49 yaşında iflic xəstəliyindən dünyasını dəyişmişdir. Böyük Osmanlı Türk İmperatorluğunun padşahı, Sultan III Murad 21 il (1574-1595) imperatorluğa hökmdarlıq etmişdir. Sultan III Muradın anası, Nurbanu Sultan, Müsəvilərdən olmaqla onun əsl adı Raşşel olduğu tarixdə göstərilir. Lakin onun atasının, anasının kimlər olduğu haqqında məlumat yoxdur. Nurbanu Sultan sarayda yaxşı dərs almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Sultan III Muradın Sofiya Sultan adlı bir arvadı olmuşdur ki, onun da əsl adı Sofiya Baffo olmaqla, o da Vendiklidə Korfu Valisiin qızı idi. Sofiya bir dəniz yolçuluğuna çıxarkən həmin dənizdə türk quldurlarına əsir düşmüş və III Muradın şahzadəliyi dövründə o, saray əyyanlarına 300 qızıla satılmışdır. Sofiya Sultan sarayda III Muradın anası Nurbanu Sultanla, onun oğlu III Muradla yaxınlıq etməsi səbəbindən həmişə dalaşardılar. Hətta Nurbanu Sultan onu öldürmək istəmiş və oğlu III Murada onu unutdurmaq üçün illər boyu ona gözəl qızlar axtarmışdır. Lakin qadınları həddən artıq sevən, onlarla əylənməyə meyilli olan, qadın düşkünü hesab edilən Sultan III Muradın ən azı 30 yaxın uşaqları olduğu tarixdə öz əksini tapmışdır. Sultan III Muradın ailəsində onun 20 oğlu və 4 qızı olmaqla, aşağıdakı tərkibdə böyük bir ailəsi olmuşdur.
Böyük Osmanlı Türk İmperatorluğunun, “Yüksəliş Dövrü”-nün on ikinci padşahı, 91-ci İslam xəlifəsi Sultan II Səlimin və Nurbanu Sultanın oğlu, Sultan III Murad (Bax şəkil № 1) olmuşdur.
Sultan III Murad padşahlığı dövründə, Osmanlı osdusunda, Dəniz donanmasının inkişafına xüsusi fikir vermiş, dəniz kənarında çoxlu müdafiə qalaları tikdirmişdir. Bu yolla dəniz ticarətini artırmış, keçiddən istifadə edən, bütün gəmilərə vergilər tətbiq etməklə, rüsumlar alınmasını tətbiq etmişdir. Dəniz donanmasından bəhs edildikdə, bir rəvayət yada düşmür:
- Deyilənlərə görə, günlərin birində, mollanın pulunu, evindən oğrulayırlar. Molla pulunun oğurlandığını öyrəndikdə ucadan qışqıraraq deyir. Ya Rəbbim, sənin nəyə ehtiyacın var idi ki, mənim pullarımı oğurlatdın deyə fəryad edərək məscidə gəlir. Sabaha qədər pulumu qaytarmasan evini başına uçuracağam, deyərək öz inadkarlığını davam etdirir. Həmin gün dənizdə bir gəmi fırtınaya düçar olur. Gəmidə olan insanlar, sağ qurtulacaqları halda məscidə gedəcəklərinə orada mollaya pul verəcəklərinə and içirlər. Xoşbəxtlikdən, bu qəzadan insanlar sağ-salamat qurtulurlar. Həmin insanlar məscidə gəlirlər və məsciddə olan mollaya çoxlu pullar verirlər. Molla: - Ya Rəbbim öz evinin dağılmağından qorxursan, pulumu tez qaytardın, bəs başqalarının evini niyə yıxırsan? – deyir. Göründüyü kimi aparılan müharibələr qan tökmək, ev yıxmaq, həmin əraziləri özünə tabe etdirib, onların var-dövlətlərini əlində almaqdan və vergilər tətbiq etməkdən başqa bir şey deyildir. Lakin, əsirlər keçdikcə, Böyük Osmanlı Türk İmperatorluğunun padşahları hökmdarlıqları dövründə, ədalətli, qanunu önə çəkməklə xalqlar arasında fərqlilikləri zamanında aradan qaldırmaqla birgə yaşayış qaydalarının təməlini atmış birlik və bərabərliyi sahəsində əsaslı dönüşlər yaratmışlar. Zaman keçdikcə Sultan III Murad da hökmdarlığı dövründə müharibələrlə üzləşməli olurdu. Belə ki, başa çatmamış müharibələrə son vermək, öz hökmdarlığını bir daha möhkəmləndirmək məqsədilə, Osmanlı ordusu bu kimi məsələlərə bir daha aydınlıq gətirərək, bütün döyüşləri zəfərlə başa vuraraq son vermiş oldu.
- 1574-cü ilin ilk günlərində fransızlarla yaxşı əlaqə yaradaraq, Lehistan idarəçiliyini ələ alan, Sultan III Murad burada taxta Ərdel bəyi kral təyin etdi.
- 1578-ci ildə Sultan III Murad dövründə Osmanlı gücləri, Ramazan Paşanın komandanlığı altında Fasi ələ keçirərək, bölgədə Portekiz gücünü yaratmış oldular.
- 1578-ci ildə, Kefoloniya yaxınlığında Venedik gəmiləri ilə hücuma keçən Venediklər Ramazan Paşanın ailəsini ələ keçirdilər. Sultan III Murad Venedik Senatoruna ultimatum verərək, Ramazan Paşanın ailəsini və mallarını alaraq, Prevezeyə gətirməsinə nail oldu. Beləliklə, Venediklə iki dövlət arasında barış və sülh müqaviləsi imzalandı.
- Şah I Təhmasıbın oğlu, Şah II İsmayıl Osmanlı dövləti və İran arasında bağlanılan sülh və barışa əməl edərək, Osmanlı ilə bağlı olan bəzi Amirləri öz tərəfinə çəkməyi bacarmış oldu. Osmanlı dövləti Van bəylərbəyliyinə göstəriş verərək orada barışın saxlanılmasını istəmişdir. Lakin İranın Piristan valisinin Osmanlı dövlətinə sığınması, onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirdi. Bu sırada Şah İsmayıl öldüyündən İranda taxt-tac üstündə döyüşlər başlanıldı. Bu vəziyyətdən yararlanmaq istəyən, Van bəylərbəyliyi İrana hücum etdi. Beləliklə, ilk Iran müharibəsi başlamış oldu və həmin müharibə 12 il (1577-1589) davam etdi. Osmanlı ordusu Özdəmiroğlu Osman Paşanın komandalığındakı Türk birlikləri, İran qüvvələrini, Çıldıran adı ilə tanınan döyüşdə məğlub edərək, zəfər qazanmış oldu. Bu döyüşdən sonra bütün Gürcüstan fəth edildi. 1578-ci ildə Tiflis, Osmanlı vilayəti halına gətirildi. Həmin il aparılan müharibələrdə, Şirvan da Osmanlı torpaqlarına birləşdirildi. Bu hücumların dayandırılması məqsədilə İran Osmanlı dövlətindən barış sülh istəmək məcburiyyətində qaldı. Tərəflər arasında 21 mart 1590-cı ildə, “Fərhad Paşa Anlaşması” İstanbulda imzalandı. Bu anlaşmaya görə Kars, Təbriz, Tiflis, Gəncə və Şəhruzur əyalətləri Osmanlı dövlətinin tabeliyində qalmaqla Osmanlı dövləti cənubdan ən geniş sərhədlərinə malik olmuş oldu.
- Sultan III Muradın dövründə yəni, 1593-cü ildə Avstraliya ilə bağlanılan 8 illik barış müqaviləsi Telli Həsənin səhlənkarlığı üzündən pozuldu. Avstraliya imperatoru II Rudolf ödəməkdə olduğu vergidən imtina etdi və Eflok, Erdel, Boğdan bəylərinidə üsyana qaldırmış oldu. Bu səbəbdən də Sinan Paşanın tələbi ilə, 1593-cü ildə Avstraliya müharibəi başlamış oldu. Sultan III Murad fəth etdiyi ərazilərdə Osmanlı memarlıq abidələrinin mühafizə qalalarının tikilməsinə və körpülərin salınmasına üstünlük vermişdir. Belə abidələrdən biri də, Karsda tikilən qalanı və salınan daş körpünü misal göstərmək olar. Sultan III Murad dövründə “Yəhya Əfəndi Türbəsi” tikilmiş, “Fəthyə Camisi”-də kilisədən camiyə çevirmişdir. Sultan III Muradın Osmanlı türk ordusunun yeniləşdirilməsi, elmin, mədəniyyətin inkişafı və eləcə də dövrün el adamlarının yetişdirilməsi sahəsində müstəsna rolu olmuşdur. Sultan III Murad 1595-ci ildə Avstraliya ilə aparılan müharibənin gedişi zamanı İstanbulda qəfildən keçirdiyi iflic xəstəliyindən 49 yaşında dünyasını dəyişərək ölmüşdür. Sultan III Muradın cənazəsi, “Ayasofiya Camisi”-ndəki türbəsinə gətirilərək burada dəfn edilmişdir. Sultan III Muradı ölümü Böyük Osmanlı Türk İmperatorluğunun “Yüksəliş Dövrü”-nün (1543-1578) başa çatması dövrü kimi tarixdə öz yerini saxlamış oldu.


Novruz İSMAYILOV
"Ulu səs"qəzetinin hüqüq şöbəsinin müdiri

Ehtiyatda olan polis polkovnik leytanatı

Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam