Park Bulvardan külli miqdarda elektron siqaret oğurlayıblar » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Park Bulvardan külli miqdarda elektron siqaret oğurlayıblar

Park Bulvardan külli miqdarda elektron siqaret oğurlayıblar

Müəllif: Kürsüm
//
05 Şubat 2013
//
//

Park Bulvardan külli miqdarda elektron siqaret oğurlayıblar

Bakının tanınmış ticarət və əyləncə mərkəzlərindən olan “Park Bulvar”da oğurluq hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən xeberleragentliyi.com-a verilən məlumata görə, Neftçilər prospekti 131 ünvanında yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsində “VIP Electronic Cigarette”ə məxsus mağazadan 6 min manat dəyərində olan külli miqdarda elektron siqaret oğurlanıb. Mağazanın satıcısı olan Rüfət Fərəcov səhər saatlarında siqaretlərin saxlandığı dolabı açarkən satış məqsədi ilə saxlanılan malların yoxa çıxdığını görüb. Dərhal hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda 6 min manat dəyərindəki elektron siqaretlərin kim tərəfindən oğurlanmasının müəyyən edilməsi istiqamətində iş aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam