220 min nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 220 min nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib

220 min nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib

Müəllif: Kürsüm
//
04 fevral 2013
//
//

220 min nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib

2012-ci il ərzində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və müraciətlərin araşdırılması zamanı 17 973 hüquq pozuntusu aşkar edilərək aradan qaldırılması təmin edilib. Bu barədə xeberleragentliyi.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Ödənilməsi işəgötürənlər tərəfindən gecikdirilmiş 1 087 962 manat əmək haqqının, 72 866 manat zərərə görə ödəncin, 29 624 manat sosial müavinət və kompensasiyanın ödənilməsi təmin edilib, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 161 nəfərin öz işlərinə bərpa edilməsinə nail olunub.
Ötən il respublika üzrə ümumilikdə əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 220 min nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib. 2012-ci ildə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2011-ci illə müqayisədə 254-dən 212-yə, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı isə 97-dən 82-yə, xəsarət alanların sayı 211-dən 159-a enib.
Xəbər Lenti Giriş Populyar Reklam