Bakının əsas yollarından biri hərəkət üçün açıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakının əsas yollarından biri hərəkət üçün açıldı

Bakının əsas yollarından biri hərəkət üçün açıldı

Müəllif: Kürsüm
//
04 fevral 2013
//
//

Bakının əsas yollarından biri hərəkət üçün açıldı

Bakıda 2 ay ərzində bağlı qalmış yol nəqliyyatın hərəkəti üçün açılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xeberleragentliyi.com-a verilən məlumata görə, Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən və sürüşmə səbəbindən bağlanmış avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. Yolun 20-ci sahə dairəsindən “Bəyoğlu” restoranı arasındakı hissəsi tamamilə açıqdır.

Qeyd edək ki, keçən ilin dekabr ayında Badamdarda, yamac ərazidə baş vermiş sürüşmədən sonra bu yol qeyri-müəyyən vaxtadək bağlanmışdı.
Xəbər Lenti Giriş Populyar Reklam