ABŞ Rusiyaya barışıq əli uzatdı » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » ABŞ Rusiyaya barışıq əli uzatdı

ABŞ Rusiyaya barışıq əli uzatdı

//
04 Şubat 2013
//
//

OXUNUB:222
ABŞ Rusiyaya barışıq əli uzatdı

ABŞ Rusiyaya münasibətlərini yenidən normaya salmağı təklif edib. Xeberleragentliyi.com-un "Kommersant"a istinadən verdiyi məlumata görə, bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın vitse-prezidenti Co Bayden Almaniyada keçirilən Münhen Təhlükəsizlik konfrası çərçivəsində danışıblar.

"Hər iki tərəf anlayır ki, ziddiyətlərlə yanaşı, bizim həm də üst-üstə düşən maraqlarımız var",- deyə Rusiya XİN rəhbəri bildirib.

Görüş zamanı Rusiya ABŞ-la kütləvi qırğın silahları sahəsində yeni müqavilənin imzalamağa hazır olduğunu açıqlayıb. Məhz bu məqsədlə ABŞ Dövlət katibinin böyük müavini Rouz Hetemyüller fevral ayında Moskvaya səfərə gələcək.

Qeyd edək ki, son illər Rusiya ilə Amerikanın münasibətləri gərginləşmişdi. Tərəflər Avropa raket əleyhinə müdafiə sistemləri, Suriya məsələsi, eləcə də bir sıra başqa məsələrdə ortaq dil tapa bilmirlər.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam