“Dövlət müstəqilliyinin bərpasının 20 illiyi” yubiley medalının » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Dövlət müstəqilliyinin bərpasının 20 illiyi” yubiley medalının

“Dövlət müstəqilliyinin bərpasının 20 illiyi” yubiley medalının

Müəllif: Anar
//
05 Kasım 2012
//
//

“Dövlət müstəqilliyinin bərpasının 20 illiyi” yubiley medalının
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 1 oktyabr tarixli 422-IVQD nömrəli qanunun tətbiqi barədə fərman verib.

AzərTAC-;n verdiyi məlumata görə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştiraka görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər.


“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda “20 il” sözləri həkk olunub. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunub. Medalda çevrə boyunca “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi” sözləri yazılıb. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli “AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ” sözləri, aşağı hissədə “1991 ─ 2011” rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur. Bütün yazılar və təsvirlər qabarıqdır.


Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin üzərində ardıcıl sıralanan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunub. Lentin üst hissəsinə eni 4 mm olan qızılı təbəqə bərkidilir. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37mm x 10mm ölçüdə qəlib əlavə edilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam