Cüdoçularımız Qitə Kubokunda rəqiblərini geridə qoydular » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Cüdoçularımız Qitə Kubokunda rəqiblərini geridə qoydular

Cüdoçularımız Qitə Kubokunda rəqiblərini geridə qoydular

//
04 Şubat 2013
//
//

Cüdoçularımız Qitə Kubokunda rəqiblərini geridə qoydular

Tbilisidə keçirilən cüdo üzrə Qitə Kubokuna 23 nəfərlik cüdoçu ilə yollanan Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabı ilə ilk pillədə qərarlaşıb.

Azərbaycan Cüdo Federasiyasından Xeberleragentliyi.com-a verilən məlumata görə, yarşın birinci günü Azərbaycan cüdoçusu Hüseyn Rəhimli (73 kq) bürünc medala sahib olub. 81 kq-dək kateqoriyada Tural Safquliyev ikinci dövrədə gürcüstanlı Yason Çilindrişvili ilə qarşılaşıb və ona ipponla qalib gəlib.

Dörddəbir finalda Tural, Ukraynadan Sergey Qonçuk və macar idmançısı Milan Kollerə qalib gəlmiş komanda yoldaşı Məmmədəli Mehdiyevlə görüşüb.

Çudoçularımızın qarşılaşması Tural Safquliyevin qələbəsi ilə bitib və beləliklə o, yarımfinala çıxıb. Burada İsrail cüdoçusu Asaf Çenə xal hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Finaldakı rəqibi yaponiyalı Takanori Naqaseyi ipponla məğlub edən cüdoçumuz Tural Safquliyev özünün favorit statusunu təsdiqləyib.

Bürünc medal uğrunda mübarizəni davam etdirən Məmmədəli Mehdiyev ilk qarşılaşmada erməni Mqer Karapetyanı, daha sonra isə rusiyalı Arsen Prşmaxovu məğlub edərək üçüncülükdə qərarlaşıb.

Həmçinin 90 kq-dək olan çəkidə çüdoçumuz Şahin Qəhrəmanov rusiyalı Dmitrli Renevi və gürcü Zviad Qoqoçurini məğlub edərək dörddəbir finalda Ukraynadan olan Stanislav Retinskiylə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Şahin yarımfinalda tataminin sahibi Paşa Tavelurini də məğlub edib.

Beləliklə, finalda Azərbaycan cüdoçuları Şexmad Maqomedov və Şahin Qəhrəmanov birincilik uğrunda mübarizə aparıb və müvafiq olaraq 1-ci və 2-ci yerləri öz aralarında bölüşdürüblər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam