Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalandı » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalandı

Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalandı

Müəllif: Anar
//
05 Kasım 2012
//
//

OXUNUB:335
Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalandı
Azərbaycan prezidenti İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı yaradılacaq.

“YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi olacaq.

“YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.

“YT Park”ın fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyindəki Superfosfat Zavodunun ərazisindən 30 hektar torpaq sahəsi cəmiyyətə veriləcək.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam