Gənc Tamaşaçılar Teatrının əməkdaşları mükafatlandırılıblar » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Gənc Tamaşaçılar Teatrının əməkdaşları mükafatlandırılıblar

Gənc Tamaşaçılar Teatrının əməkdaşları mükafatlandırılıblar

//
04 Şubat 2013
//
//

Gənc Tamaşaçılar Teatrının əməkdaşları mükafatlandırılıblar

2 fevral 2013-cü ildə “Buta Saray”da Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Hər il ənənəvi olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin təşəbbüsü ilə keçirilən mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin, gənclər təşkilatlarının və KİV təmsilçilərinin iştirak etmişlər. Tədbirdə ötən ildə memarlıq, teatr, təhsil, kinematoqrafiya, ədəbiyyat, təsviri sənət sahələrində uğur qazanmış gənclər mükafatlandırılıblar.

Mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Nigar Məmmədova da vardır. Teatrın mətbuat xidmətindən Xeberleragentliyi.com-a verilən məlumata görə, o, “2012-ci ilin ən gənc və fəal aktrisası” nominasiyası üzrə “Gənclər mükafatı”na layiq görülüb. Gənc aktrisa sözügedən mükafata teatr və kino sənəti sahəsində əldə etdiyi uğurlara, Azərbaycan teatr sənətinin ayrı-ayrı xarici ölkələrdə keçirilən festivallarda uğurla təmsil etdiyinə görə layiq görülüb.

Məlumat üçü bildirək ki, hər il 2 fevral - Azərbaycan Gəncləri gününün qeyd olunması münasibəti ilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclərin mükafatlandırılması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş “Gənclər mükafatı” ilə təltif edilir. Mükafatın təsis edilməsində əsas məqsəd müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimullar yaratmaqdır.

Teatrın daha bir aktyoru - Vüsal Mehrəliyev isə “Teatr sahəsində qazandığı uğurlara görə” nominasiyası ilə Səbail Rayon İcra Hakimiyyətinin təsis etdiyi Fəxri Fərmanla və qiymətli hədiyyə ilə təltif edilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam
15 yaşlı APA... Dün, 10:5515 yaşlı APA...