"Tamaşaçı bizə qarşı çox aqressivdir" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Tamaşaçı bizə qarşı çox aqressivdir"

"Tamaşaçı bizə qarşı çox aqressivdir"

Müəllif: Anar
//
04 fevral 2013
//
//

 "Tamaşaçı bizə qarşı çox aqressivdir"
 "Tamaşaçı bizə qarşı çox aqressivdir"
 "Tamaşaçı bizə qarşı çox aqressivdir"

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova müsahibə verib
Vəfa xanım niyə bu qədər yorğun görünür?

- Gecə saat ikiyə, üçə kimi çəkilişlərdə oluruq, evə gəlib yatana kimi xeyli vaxt keçir. Həm bu aralar anam xəstədir, bizdə qalır. Nə qədər desəniz çəkilişə gedərəm, təkcə ailə üzvlərimdən kimsə xəstə olmasın.

- Yeni mövsümün başlanğıcında fərqli bir serialla efirlərə qayıtdınız. “Qaynana”dan uzaqlaşmağınıza səbəb nə oldu?

- Şirkətlə müqavilənin vaxtı bitdi. Düzdür, yeni müqavilə təklif edildi, amma səhhətimlə bağlı problemlər olduğu üçün istirahətə getmək istədim. Bir müddət ara verdikdən sonra işsiz qala bilmədiyimi gördüm və geri qayıtdım. Həmin ərəfədə isə “Həkimlər” serialından təklif gəlmişdi. Mən də qəbul etdim.
Bəs, “Qaynana” kollektivi sizdən incimədi?

- Mən onlara üç ay əvvəldən demişdim ki, serialdan ayrılacağam. Üç ildir ki, onlarla birgə çalışırdım. Ssenaridə bəsitlik var idi, bu da məni yorurdu. Ona görə də vaxtında oradan uzaqlaşdım. Teatrda da işlərim çox oldu, yeni tamaşa təhvil verdim. Amma onu deyim ki, “Qaynana” kollektivini çox sevirdim.

- “Həkimlər”lə “Qaynana” arasında hansı fərq var?

- Onları müqayisə etmək istəməzdim. Biz də istəyirik ki, çox yaxşı büdcəli filmlərdə çəkilək. Amma aktyorlar üçün hazırda keçid dövrüdür. Tamaşaçı bizə qarşı çox aqressivdir. Belə olmasını istəməzdim. Bir ara film sahəsində durğunluq yarandı. Azərbaycanda ildə iki-üç film çəkilirdi. Bu, çox gözəl başlanğıcdır. Dövlət müəyyən məbləğ ayırıb və seriallar çəkilir. Düzdür, bu məbləğ çox azdır, amma çalışırıq ki, ortaya sanballı nəsə qoyaq. Hərənin öz işi olmalıdır. Ssenarist deyir ki, mənə az məbləğ ödənilir, niyə özümü öldürməliyəm? Pərdə arxasını isə tamaşaçı görmür və aktyoru qınayır. Biz tənqidi sevirik.Amma tamaşaçı gərək serialları qınamasın, qəbul etməyə çalışsın. Mənfiliklər bilirsiz nədən başlayır? Məsələn, mən geyim, saç düzümü fikirləşirəm. Amma bunu mən yox, yaradıcı heyət düşünməlidir. Mən getməliyəm, onlar isə ssenariyə uyğun aktrisanı hazırlamalıdırlar. Prodüserlərə yazığım gəlir. Hamı gəlib onları danlayır. Xaricdə isə hər aktyorun öz prodüseri var. Biz çabalayırıq. Çox ümid edirəm ki, növbəti beş ildə hər şey stabilləşəcək.

- Bəlkə on seriala ayrılan məbləğə beş səviyyəli serial çəkilsə daha yaxşı olar?

- Biz çox şey istəyirik. Hazırda sponsorların seriallara marağı azdır. Sponsor problemləri də var.

- Sizcə, aktyor qıtlığı başlamayıb?

- Hələ seriallarımız bir o qədər çoxalmayıb, amma artıq o qıtlıq yaranıb. İncəsənət Universitetinə aktyor axtarışına getdik, təəssüf ki, bacarıqlı gənc tapmadıq. Bu dəqiqə teatrlarımızda da gənc qəhrəman yoxdur. Bir ara filmlər çəkilmədi. Gənclərin aktyorluğa olan həvəsi söndü. Çünki müğənnilik daha aktual oldu və hər kəs bu sahədə çalışmağa başladı. Amma indi yenə aktyorluğa həvəs artıb.
- Özünüz hansı serialları izləyirsiniz?

- Rusiya seriallarına baxıram. Amma onlar məni qorxudur, çox kriminaldır. “Möhtəşəm yüzil”, “Həyat davam edir” seriallarını çox sevirəm. Yerli seriallara baxmağa vaxtım olmur, amma “Üç bacı”, “Qaynana”nı bəyənirəm.

- Başqa seriallardan təkliflər gəlir?

- Çox təkliflər olur. Amma ya vaxtı mənə uyğun gəlmir, ya da ssenarisi ürəyimcə olmur.Türkiyədən də “Ağa qızı” serialından təklif gəlmişdi. Bir-iki bölümdə rol aldım və onlar mənə davamlı işləməyi təklif etdilər. Baxmayaraq ki, qonorarı yaxşı idi, ailəmi atıb gedə bilmədim.

- Sizin üçün serial, yoxsa teatr doğmadır?

- Mənim fikrim, xəyalım səhnədədir. Etiraf edim ki, seriallar mənim üçün qazanc mənbəyidir. Birinci yerdə teatr, ikinci isə filmdir. Serial mənim üçün ən sonuncudur.

- Hələ də ürəyinizdə qalan obraz oldumu?

- Psixoloji bir obraz canlandırmaq istərdim. Həyatda çətinlik çəkmiş, hüznlü taleyi olan bir qadın rolunu oynayardım.

- Həm iş, həm ailə... Necə çatdırırsız?

- Həmişə dinamik həyat yaşamışam. Sağ olsun, qaynanam mənə çox kömək edir. Gecə çəkilişlərim olanda, səfərlərə gedəndə də övladlarımı ona ürək rahatlığı ilə həvalə edirəm.

- Bu yaxınlarda sizi hansı yeni layihələrdə görəcəyik?

- Türkiyədən bir film təklifi almışam. Çox böyük layihədir. Hətta burada Hollivud ulduzları da rol alacaq. Film “Trio” adlanır. Artıq razılığımı da vermişəm. Rusiya ilə Azərbaycanın birgə işi olacaq daha bir layihəyə təklif almışam. Amma bu haqda daha ətraflı danışa bilmərəm.
Xəbər Lenti Giriş Populyar Reklam
Sabahın HAVAsı Bu gün, 13:32Sabahın HAVAsı