İqtisadi İnkişaf Nazirliyinin ən yaxşı şahmatçıları müəyyənləşdi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İqtisadi İnkişaf Nazirliyinin ən yaxşı şahmatçıları müəyyənləşdi

İqtisadi İnkişaf Nazirliyinin ən yaxşı şahmatçıları müəyyənləşdi

Müəllif: Anar
//
05 noyabr 2012
//
//

İqtisadi İnkişaf Nazirliyinin ən yaxşı şahmatçıları müəyyənləşdi
Sektor müdiri, baş məsləhətçi və mütəxəssis ilk 3 yerin sahibi olub

İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İdman ili” çərçivəsində Nazirliyin aparatı və strukturuna daxil olan qurumların əməkdaşları arasında keçirilən 18 Oktyabr - Dövlət Müstəqilliyi və 12 Noyabr – Konstitusiya günlərinə həsr olunmuş Şahmat turniri başa çatıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumata görə, Respublika Şahmat Federasiyasında təşkil olunmuş və dairəvi sistem üzrə keçirilən oyunlarda nazirliyin aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 20-dən çox əməkdaşı iştirak edib.

Oktyabrın 21-dən start götürmüş oyunlara noyabrın 3-də yekun vurulub. I yerə “Təmiz Şəhər” ASC-də sektor müdiri Səbuhi İsmayılov, II yerə İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin böyük məsləhətçisi Ceyhun Məcidov, III yerə isə nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mütəxəssisi Rəcəb Süleymanov layiq görülüblər. İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri əvəzi Fazil Məmmədov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov turnirin qaliblərini təbrik edib, onlara İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Respublika Şahmat Federasiyasının Fəxri Fərmanlarını, pul mükafatı və hədiyyələr təqdim ediblər. Turnirin bütün iştirakçılarına isə şahmat dəsti hədiyyə olunub.

Oxunub: 151 dəfə Bookmarka əlavə edin Xəbəri çap et
Xəbər Lenti Giriş Populyar Reklam
Manatın YENİ MƏZƏNNƏSİ 19-10-2018, 18:03Manatın YENİ MƏZƏNNƏSİ