Elmar Məmmədyarov ABŞ dövlət departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi və Ehud Barakla görüşüb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Elmar Məmmədyarov ABŞ dövlət departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi və Ehud Barakla görüşüb

Elmar Məmmədyarov ABŞ dövlət departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi və Ehud Barakla görüşüb

Müəllif: Kürsüm
//
03 fevral 2013
//
//

Elmar Məmmədyarov ABŞ dövlət departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi və Ehud Barakla görüşüb

xeberleragentliyi.com-a xəbər verir ki, cari ilin 2 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin müdafiə naziri Ehud Barak ilə görüşmüşdür.

Görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılmış və münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmışdır. Tərəflər ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd etmişlər.

Həmçinin, enerji layihələri, Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.

xxx

Cari ilin 2 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi səfir Karlos Paskual ilə görüşmüşdür.

Görüşdə regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılmış və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu vurğulanmışdır. Bu çərçivədə Cənub Dəhlizinin xüsusi əhəmiyyəti qeyd edilmişdir.

Görüş zamanı həmçinin, regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Xəbər Lenti Giriş Populyar Reklam