İtaliyada sərnişin təyyarəsi qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İtaliyada sərnişin təyyarəsi qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB

İtaliyada sərnişin təyyarəsi qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB

//
03 fevral 2013
//
//

İtaliyada sərnişin təyyarəsi qəzaya uğrayıb, yaralılar var - YENİLƏNİB


Xeberleragentliyi.com Day.Az-a istinadən bildirir ki, Romada qəzaya uğrayan təyyarədə təxminən 50 nəfər varmış.

NTV-nin məlumatına görə, Leonardo da Vinçi adına aeroportda Rumıniyaya məxsus ATR-72 təyyarəsi güclü külək səbəbindən uçuş zolağından kənara düşüb, altı sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Pilotlar ekstremal şəraitdə təyyarəni endirmək üçün butun məharətlərindən istifadə ediblər. Güclü külək təyyarənin enməsinə maneə yaradıb və o, uçuş zolağından kənara düşüb, şassisi sınıb və təyyarə əyilib.

RİA-Novosti bildirir ki, xəstəxanaya yerləşdirilmiş 6 yaralıdan ikisinin vəziyyəti ağırdır. Bundan başqa, onlardan birinin daşınması üçün vertolyot lazım olub.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR