"Binə" Ticarət mərkəzində güclü yanğın baş verib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Binə" Ticarət mərkəzində güclü yanğın baş verib

"Binə" Ticarət mərkəzində güclü yanğın baş verib

Müəllif: Anar
//
03 fevral 2013
//
//

"Binə" Ticarət mərkəzində güclü yanğın baş verib

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Xeberleragentliyi.com-un FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) şüşə-alkopan konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları, içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıb.

Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəbər Lenti Giriş Populyar Reklam