Rayonlarda Gənclər Günü təntənəli şəkildə qeyd olunur » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Rayonlarda Gənclər Günü təntənəli şəkildə qeyd olunur

Rayonlarda Gənclər Günü təntənəli şəkildə qeyd olunur

Müəllif: Kürsüm
//
03 fevral 2013
//
//

Rayonlarda Gənclər Günü təntənəli şəkildə qeyd olunur

xeberleragentliyi.com Kəpəz TV-yə istinadən xəbər verir ki, 2 fevral Gənclər Günü münasibəti ilə Şəmkir rayonunda tədbir keçirilib. Rayon Gənclər və İdman İdarəsinin rəisi Pərvin Gözəlov gənclərə göstərilən dövlət qayğısından danışıb. Bu qayğının nəticəsi olaraq qazanılan uğurlardan və əldə olunan nailiyyətlərdən söz açıb. Son bir ildə 60-a yaxın gəncin respublika və beynəlxalq turnirlərdə medal qazandığı diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev gənclərin rayonun ictimai, siyasi və mədəni həyatındakı rolundan danışıb. Şəmkirdə 30 mindən çox hakim partiya üzvünün 4 minə qədərini gənclərin təşkil etdiyini vurğulayıb. Gedişatda bir qrup fəal gəncə yerli İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəxri fərmanı, eləcə də qiymətli hədiyyələri təqdim olunub. Tədbir şən musiqilərin ahəngi ilə davam etdirilib.

Samuxda da 2 fevral Gənclər Günü qeyd olunub. Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Eynur Fərmanlı yerli gənclərin bir illik fəaliyyətinə nəzər yetirib. İdmanın müxtəlif növləri ilə məşğul olan 2000-ə yaxın gəncin bir çox nailiyyətlər qazandığını diqqətə çatdırıb.

Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev gəncləri təbrik edərək xoş arzularını səsləndirib. Hazırda Samuxda Heydər Əliyev Mərkəzinin tikildiyini, 2014-cü ildə isə Olimpiya İdman Kompleksinin inşa olunacağı vurğulanıb. Rəsmi hissənin sonunda fəal gənclər rayon
rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Tədbir konsert proqramı ilə yekunlaşıb.

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalı gəncləri də bayramı təntənə ilə qeyd ediblər. Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Gənclər Gününün yaranma tarixinə nəzər yetirərək bayramın əhəmiyyətindən söz açıb, məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb. Öz yurd-yuvalarından ayrı düşən Xocalı gəncləri də daim dövlət qayğısını hiss etdiklərini vurğulayıb. Tədbir rayonun özfəaliyyət dərnəyinin hazırladığı konsert proqramı ilə davam edib. Sonda fəal gənclərə mükafatlar təqdim olunub.
Xəbər Lenti Giriş Populyar Reklam