Ağsaqqallar Şurasının növbədənkənar qurultayı keçiriləcək » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Ağsaqqallar Şurasının növbədənkənar qurultayı keçiriləcək

Ağsaqqallar Şurasının növbədənkənar qurultayı keçiriləcək

Müəllif: Kürsüm
//
02 Şubat 2013
//
//

OXUNUB:244
Ağsaqqallar Şurasının növbədənkənar qurultayı keçiriləcək

Şuradan xeberleragentliyi.com-a verilən məlumata görə, iclasda Şuranın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Ağsaqqallar Şurası sədrinin müavini Fəttah Heydərovun rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsinə fevral ayının birinci ongünlüyündə Ağsaqqallar Şurasının bütün şəhər və rayon təşkilatlarında konfransların keçirilməsinin və qurultaya nümayəndələrin seçilməsinin təmin edilməsi həvalə olunub.

İclasda Şuranın VI qurultayının 2013-cü il fevral ayının 16-da Bakı şəhərində keçirilməsi qərara alınıb.

Növbədənkənar qurultayda ötən dövr ərzində qurumun fəaliyyəti ilə bağlı Ağsaqqallar Şurasının və Nəzarət-Təftiş Komissiyasının hesabatlarının dinlənilməsi, rəhbər orqanların seçilməsi, Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam