Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri ilə görüşüb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri ilə görüşüb

Müəllif: Kürsüm
//
02 Şubat 2013
//
//

Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri ilə görüşüb

 



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Dimitris Avramupolos ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xeberleragentliyi.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyətindən razılıq ifadə edilib və bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olunub.

İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb, qarşılıqlı səfərlərin həyata keçirilməsinin bu əməkdaşlığa töhfə verəcəyi ifadə edilib.

Azərbaycana səfər etmək niyyətində olduğunu bildirən Yunanıstanın xarici işlər naziri öz növbəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu Yunanıstana dəvət edib.
Xəbər Lenti Giriş Populyar Reklam