Bakıda 12 yaşlı oğlan polisi ayağa qaldırdı – TƏFƏRRÜAT » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda 12 yaşlı oğlan polisi ayağa qaldırdı – TƏFƏRRÜAT

Bakıda 12 yaşlı oğlan polisi ayağa qaldırdı – TƏFƏRRÜAT

Müəllif: Kürsüm
//
02 fevral 2013
//
//

Bakıda 12 yaşlı oğlan polisi ayağa qaldırdı – TƏFƏRRÜAT

Bakıda yetkinlik yaşına çatmayan şəxs polisə yalan məlumat verib. Hüquq-mühafizə orqanlarından xeberleragentliyi.com-a verilən məlumata görə, fevralın 1-də Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə Qaraçuxur qəsəbəsində binalara partlayıcı qurğu yerləşdirilməsi barədə anonim məlumat daxil olub. Dərhal polis və digər aidiyyatı təşkilatların nümayəndələri qeyd olunan əraziyə baxış keçirib, məlumat yoxlanılıb. Məlum olub ki, telefonla daxil olmuş məlumat əslində yanlışdır.

Araşdırmalar nəticəsində məlum olub ki, polisə yalan məlumat verən şəxs Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 2001-ci il təvəllüdlü M.Q-dir. O da bəlli olub ki, 12 yaşlı oğlan atasına məxsus mobil telefon vasitəsi ilə polisə yalan məlumat verib. Ata və oğlu polis bölməsinə çağırılıb.

Qeyd edək ki, vaxtaşırı olaraq, Bakıda bəzi inzibati və yaşayış binalarına partlayıcı qurğuların qoyulması barədə polisə yalan məlumatlar daxil olur.
Xəbər Lenti Giriş Populyar Reklam