Ağdamda 21 yaşlı qız oğurlandı, 2 nəfər həbs edildi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ağdamda 21 yaşlı qız oğurlandı, 2 nəfər həbs edildi

Ağdamda 21 yaşlı qız oğurlandı, 2 nəfər həbs edildi

Müəllif: Anar
//
05 Kasım 2012
//
//

Ağdamda 21 yaşlı qız oğurlandı, 2 nəfər həbs edildi

Ağdam rayonunda adam oğurluğu faktı qeydə alınıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Çəmənli kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Əli Tahir oğlu əmisi oğlu Hüseynov Bəhruz Hüsən oğlu ilə birgə həmkəndlisi, 1991-ci il təvəllüdlü Əhmədova Jalə Oruc qızını evlənmək məqsədi ilə qaçırıb. O, idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə qızı Sarıcalı kəndinə gətirib və orada gizlədib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində onların yeri müəyyən edilib. Qız ailəsinə təhvil verilib.

Ə.Hüseynov qaçırdığı J.Əhmədovanı bir müddət imiş ki, sevirmiş. Gənc oğlan dəfələrlə elçi göndərsə də, qız və də onun ailəsi bu izdivaca razı olmayıb. Nəhayət, noyabrın 2-də J.Əhmədovanın evdə tək olmasından istifadə edən 27 yaşlı oğlan qapını döyüb. Qapını 21 yaşlı J.Əhmədova açıb və bu zaman pusquda duran Bəhruz da əmisi oğlunun köməyinə gələrək qızdan yapışıb. Onlar gənc qızı zorla maşına mindirərək aparıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə iş başlanılıb araşdırmalar aparılır. Hadisəni törədən Ə.Hüseynov və onun əmisi oğlu B.Hüseynov həbs edilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam