Türkiyədə məşhur aktrisa intihar etdi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyədə məşhur aktrisa intihar etdi

Türkiyədə məşhur aktrisa intihar etdi

Müəllif: Anar
//
02 fevral 2013
//
//

Türkiyədə məşhur aktrisa intihar etdi

Türkiyənin cazibədar aktrisası Ceyda Ateş canına qıyıb. Xeberleragentliyi.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı tanınmış və ehtiraslı aktrisa sevgilisi üzündən intihar etmək istəyib. O, çoxlu dərman içib və huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Aktrisa bir müddət əvvəl sevgilisi Can Yurtsevdilə evliliyə hazırlaşırmış. Lakin aralarında yaranan fikir ayrılığına görə, Yurtsevdi Ceyda Ateşi tərk edib. Onun həsrətinə düzməyən aktrisa isə çıxış yolunu ölümdə axtarıb.
Can Yurtsevdi isə məsələyə belə aydınlıq gətirib: “Ceyda məndən əl çəkmirdi, hətta istəyirdim polisə müraciət edim. Lakin sonra vaz keçdim. Bu yaxınlarda dostum mənə Ceyda intihar etdi, hazırda xəstəxanadadır, deyə mesaj göndərdi. Mən də, ona “keçmiş olsun” yazdım, lakin xəstəxanaya getmədim. Onunla təkrar birləşməyimiz mümkün deyil”.
Xəbər Lenti Giriş Populyar Reklam