Sizin reklam burada
Sizin reklam burada

Bu Qələbə bizim dövlətçiliyimizin və Milli birliyimizin Qələbəsi oldu

Bu Qələbə bizim dövlətçiliyimizin və Milli birliyimizin Qələbəsi oldu

XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Tarixin bu dövründə baş verən hadisələr dahi tarixi şəxsiyyəti - Heydər Əliyevi siyasi səhnəyə gətirmişdir. Dünya siyasi tarixində baş verən hadisələrin mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin məhvi, digərlərinin yaranması baxımından XX əsrin sonları heç bir dövrlə müqayisə edilə bilməz. Azərbaycan mövcud olduğu coğrafiya, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu diqqət mərkəzində olmuşdur və belə bir dövlətin lideri olmaq daha da çətindir.
Heydər Əliyevin siyasi xidmətlərini dəyərləndirmək üçün ilk növbədə onun hakimiyyətə gəlişi zamanı mövcud olan dəyişiklik və inqilab dalğasının nə qədər güclü mənbələrdən yönəldildiyini yada salmaq kifayətdir. Xarici və daxili siyasi milli gündəlikdə duran məsələlərin mürəkkəbliyi, antiazərbaycançı qüvvələrin son dərəcə fəallaşması səhv etmək imkanlarını tükəndirmişdi.
Əsrin sonlarında sivilizasiya qarşısında duran problemlər həm tarixi miqyası, həm də mürəkkəbliyi baxımından, demək olar ki, bütün dünya ölkələri üçün "yeni" problemlər idi. Onların başlıca spesifikası isə bu sahədə tətbiq edilə biləcək universal beynəlxalq təcrübənin olmaması idi. Başqa ölkələrin təcrübəsi isə konkret məkanların siyasi, mədəni-tarixi spesifikası ilə üz-üzə gəldikdə yeni-yeni problemlər spektrini şərtləndirirdi.
Milli dövlətin yaranmasında və inkişafında, milli birliyin və maraqların təmin edilməsində milli liderin tarixi rolu əvəzedilməzdir. Çünki bütün bu məsələlərin həlli onun şəxsi keyfiyyətinə, inamına və təcrübəsinə əsaslanır. Bu, inkaredilməz bir faktdır. Milli maraqlar millətin gələcək inkişaf məqsədlərinin təyin edilməsi ilə səciyyələnir. Dövlət başçısı, bu məqsədlərin və ona nail olmaq üçün vasitələrin seçimini, fəaliyyət planının hazırlanmasını təmin etməklə milli maraqların müəyyənləşməsində əsas rolu öz üzərinə götürür. O, riskləri və mövcud vasitələri dəyərləndirir, ölkənin xoşbəxt gələcəyini təmin edəcək yeni perspektivlər haqqında qərarlar verir.
Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olmuşdur. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, hər dəfə tarixi şəraitə müvafiq olaraq milli, müstəqil respublika yaratmaq yönündə səylər qarşısıalınmaz sel kimi yenidən baş qaldırmışdır.
Yuxarıda qeyd etdiyimiz mürəkkəb mərhələlərdən biri də Cənab Prezidentimizin ilə 27 sentyabr 2020-ci il tarixində başlayan və 10 noyabrda Qələbəmizlə bitən Milli Ordumuzun müharibəsi oldu. Belə ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz otuz ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan əzəli torpaqlarımızı-Qarabağımızı azad elədi. Bununla da Azərbaycanının dövlətçilik tarixinə qızıl hərflərlə yazılacaq səhifə açıldı. Bu Qələbə bizim dövlətçiliyimizin, Milli birliyimizin Qələbəsi oldu. Bu Qələbə dünyanın hər bir yerində yaşayan 60 milyonluq Azərbaycanın və azərbaycanlıların Qələbəsi oldu. Dövlətçilik tariximizdə daha şanlı səhifələrin yazılacağına inanırıq və sonda bir daha dövlətçiliyimizin, Müstəqilliyimizin qarantı olan cənab Prezidentimizi, Milli Ordumuzu bu bu Qələbə münasibəti ilə təbrik edirəm. Qazilərinizə sağlıqlı uzun ömürlər diləyirəm.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Gəncə şəhəri 7 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə drektor muavini Könül Süleymanova

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ