Sizin reklam burada
Sizin reklam burada

Putin “Davos həftəsi”ndə Qarabağla bağlı bəyanatdan danışdı

Putin “Davos həftəsi”ndə Qarabağla bağlı bəyanatdan danışdı
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 2020-ci ilin noyabrında imzalandığı üçtərəfli bəyanat ardıcıl şəkildə həyata keçirilir”.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Davos həftəsi”ndəki videoformat vasitəsilə çıxışında bildirib.

Onun sözlərinə görə, Moskva Dağlıq Qarabağda silahlı münaqişəni dayandırmaq üçün fəal vasitəçilik səyləri göstərib.

“Məlum olduğu kimi noyabr ayında Rusiya, Azərbaycan və Ermənistanın liderləri arasında üçtərəfli bəyanat imzalandı. Bəyanatın ümumən ardıcıl şəkildə həyata keçirilməsi vacibdir. Ən əsası qan tökülməsini dayandıra bildik, tam atəşkəsə və stabilləşmə prosesinə başlamağa nail olduq”, - deyə V.Putin bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ