Sizin reklam burada
Sizin reklam burada

Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI


Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI

Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxsin fotosu yayılıb.

Xeberleragentliyi.com Publika.az-a istinadən xəbər verir ki, partlayış zamanı dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayevanın cəsədi tapılıb. Onun azyaşlı qızının axtarışları isə davam edir.

Vəfat edən qadının həyat yoldaşı Musayev Vüsal Firuddin oğlu, övladı, 10 yaşlı Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, qohumu Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədova xəstəxanaya yerləşdirilib.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur.

Qeyd edək ki, həlak olan Aytən Musayeva Ağstafa rayonunda doğulub və Gəncə Tibb Kollecinin məzunu olub.

Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI
Xırdalandakı partlayışda həlak olan Aytənin FOTOLARI

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ