Sizin reklam burada
Sizin reklam burada

ABŞ Senatında Trampın impiçment prosesinin tarixi bəlli olub

ABŞ Senatında Trampın impiçment prosesinin tarixi bəlli olub

Senatorlar fevral ayında ABŞ-ın sabiq prezidenti Donald Trampın impiçment məsələsinə baxacaqlar.

“İnterfaks”ın məlumatına görə, bu barədə demokratik çoxluğun senatoru Çak Şumer bəyan edib.

“Həm Nümayəndələr Palatasının menecerlərinin, həm də müdafiə tərəfinin qanuni qeydləri hazırlamaq üçün vaxtları olacaq. Qısa hesabatlar hazır olan kimi fevralın 8-də tərəflərin çıxışı başlayacaq”, - deyə o bildirib.

Xatırladaq ki, yanvarın 14-də ABŞ Nümayəndələr Palatası Vaşinqtonda baş verən iğtişaşlardan sonra Donald Trampın impiçmentinə səs verib. Yeddi saatdan çox davam edən müzakirələrdə 232 senator üsyana təhrik etdiyi üçün Trampın impiçmentinin lehinə çıxış edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ