Sizin reklam burada
Sizin reklam burada

Şəhidin vida mərasimində qohumu ürəktutmadan öldü - FOTO

Şəhidin vida mərasimində qohumu ürəktutmadan öldü - FOTO


Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Şükürlü Elvin Azad oğlu ilə vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, vida mərasimi şəhidin doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndindəki evində keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlə keçirilən vida mərasimində onun əmisinin həyat yoldaşı Şəkərova Xansəmən ürəktutmasından dünyasını dəyişib.

Şəhidin nəşi vida mərasimindən sonra dəfn olunması üçün ailəsinin yaşadığı Bakı şəhərinə aparılacaq və orada dəfn ediləcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində itkin düşmüşdü.
Şəhidin vida mərasimində qohumu ürəktutmadan öldü - FOTO
Şəhidin vida mərasimində qohumu ürəktutmadan öldü - FOTO
Şəhidin vida mərasimində qohumu ürəktutmadan öldü - FOTO
Şəhidin vida mərasimində qohumu ürəktutmadan öldü - FOTO

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ