Sizin reklam burada
Sizin reklam burada

Eldar Yunusov: Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır

Eldar Yunusov: Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır

Eldar Yunusov: Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır

İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu jurnalist fəaliyyətimdən irəli gəlir.

Nəysə yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovdur. Son vaxtlar Eldar Yunusov haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də bir vətəndaş kimi Eldar Yunusovu çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə Eldar Yunusov haqqında son illərdə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki Eldar Yunusov haqqında yazılar əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri seçildikdən sonra yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə Eldar Yunusovun şəffaf işini görmək istəmir, kimlərsə yuxarı dairələrdə Eldar Yunusov haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir jurnalist alət edilir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Eldar Yunusovu nüfuzdan salmağa çalışırlar.

***
Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.

Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış, aparılmış əsaslı islahatlar öz bəhrələrini vermişdir. H.Əliyev Fondunun böyük dəstəyi ilə yeni məktəbəqədər təhsil binalarının tikintisi geniş vüsət almış, müasir standartlara cavab verən təhsil kompleksləri istifadəyə verilmişdir. Aparılan islahatlar nəticəsində məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır. Bütün bunlar dövlət başçısı cənab İ. Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.[/b]
Eldar Yunusov: Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır
Eldar Yunusov: Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır
Eldar Yunusov: Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ