Sizin reklam burada
Sizin reklam burada

Yaralı hərbçimiz şəhid oldu - FOTO



Yaralı hərbçimiz şəhid oldu - FOTO

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, o, bu gün şəhidlik zirvəzinə ucalıb.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.
Yaralı hərbçimiz şəhid oldu - FOTO

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ