Region teatrı Türkiyəyə qastrol səfərinə hazırlaşır - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Region teatrı Türkiyəyə qastrol səfərinə hazırlaşır - YENİLƏNİB

Region teatrı Türkiyəyə qastrol səfərinə hazırlaşır - YENİLƏNİB

//
01 fevral 2013
//
//

Region teatrı Türkiyəyə qastrol səfərinə hazırlaşır - YENİLƏNİB

Xeberleragentliyi.com EL TV-yə istinadən xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrı türk dramaturqu Turqay Narın əsəri əsasında səhnələşdirdiyi “Zibillik” adlı yeni tamaşanın premyerasını keçirib. Mehman Musabəylinin tərcüməsi əsasında hazırlanan tamaşa rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilib. Bir hissəli psixoloji dram əsərinin süjet xətti yuxu yozmaları əsasında qurulub.

Əsərin baş qəhramanları İsrafil, Xaço və Aymələk adlı gənclərdir. Hadisələr də məhz bu gənclərin ətrafında cərəyan edir. Gənclər zibillikdə yaşayırlar. Onlar həyatda qalmaq və yaşamaq uğrunda mübarizə aparırlar. Qeyd edək ki, faciəvi sonluqla bitən tamaşada rol alan gənc aktyorlar hər bir obrazın xarakterini peşəkarlıqla təqdim ediblər. Zövqlə tərtib edilən səhnə isə tamaşanın təsir gücünü daha da artırıb. Tamaşanın rejisoru Günay Səttar bildirib ki, teatrın yaradıcı heyəti bu tamaşa ilə Türkiyədə qastrol səfərində olacaq.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı