10 nəfər prokurorluq orqanlarından çıxarılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 10 nəfər prokurorluq orqanlarından çıxarılıb

10 nəfər prokurorluq orqanlarından çıxarılıb

Müəllif: Kürsüm
//
01 fevral 2013
//
//

10 nəfər prokurorluq orqanlarından çıxarılıb

Fevralın 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Baş prokurorluğun mətbuat xidmətindən xeberleragentliyi.com-a verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, 2012-ci il Azərbaycan Respublikasının müstəqil inkişaf tarixində görkəmli nailiyyətlərlə yadda qalan və ölkəmizin daha da qüdrətlənməsi ilə nəticələnən mühüm bir dövr olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinə müvafiq olaraq, Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında formalaşdırılmış “Müstəqil inkişafın Azərbaycan modeli” konsepsiyasının məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində çox böyük yenidənqurma işlərinin və möhtəşəm layihələrin reallaşdırılması, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinin əldə edilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi addımlar atılması təmin olunub. Dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışından da göründüyü kimi, 2012-ci ildə əhalinin pul gəlirləri və pensiyaların səviyyəsi qaldırılmış, bütün sahələrdə ciddi tərəqqiyə nail olunub, valyuta ehtiyatları 46 milyard dollarlıq həddə çatıb, 117 min yeni iş yeri açılıb, inflyasiyanın, yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı enib.

Bildirilib ki, 2012-ci ildə vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Hesabat ilində bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olmaqla, onların 18,8 mininin müvafiq qaydada həlli, o cümlədən 2.520 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub. Prokurorluq orqanlarında 24,5 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 11,3 min, Baş Prokurorluqda isə 3.035 vətəndaş qəbul edilib. Qeyd edilib ki, 2012-ci ildə ədalətli kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, şəffaf və obyektiv meyarlar əsasında kadrların seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə layiqli hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb. Hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirib, 21 əməkdaş, o cümlədən 5 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 77 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq prokurorluqda qulluğa yeni qəbulun həyata keçirilməsi təmin olunmaqla, müsabiqə nəticələrinə görə müvəffəqiyyət qazanan 47 gənc hüquqşünasın yaxın vaxtlarda vakant vəzifələrə təyinatlarının aparılacağı, ümumilikdə kadr tərkibinin 52 faizdən çoxunun bu yolla işə qəbul olunan gənclər olduğu islahatların uğurlu nəticələri kimi dəyərləndirilib.
Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində ən qəti tədbirlərin görülməsi təmin olunub. 2012-ci ildə müxtəlif xətalara yol verdiklərinə görə 62 əməkdaş intizam qaydasında cəzalandırılıb, 6 əməkdaş tutduğu vəzifələrdən azad edilib, xidmətlə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan, «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi»nin tələblərini pozan hərəkətlərə yol verdiklərinə görə 10 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Həmçinin, səlahiyyət hədləri daxilində Respublika Hərbi prokurorunun əmrləri ilə 21 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2013-cü ildə də xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin eyni prinsipiallıqla davam etdirilməsi, bütün rəhbər vəzifəli şəxslər tərəfindən möhkəm nizam-intizam yaradılmasına yönəldilmiş müvafiq təşkilati və digər işlərin görülməsi barədə tapşırıqlar verilib.
Xəbər Lenti Giriş Populyar Reklam