Bir gündə karantini pozan 3 minə yaxın şəxs cərimələndi - Həbs edilənlər var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bir gündə karantini pozan 3 minə yaxın şəxs cərimələndi - Həbs edilənlər var

Bir gündə karantini pozan 3 minə yaxın şəxs cərimələndi - Həbs edilənlər var

Müəllif: cavidan
//
14 Ocak 2021
//
//



Bir gündə karantini pozan 3 minə yaxın şəxs cərimələndi - Həbs edilənlər var

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində inzibati həbs, 2 815 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

"Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildiirilib.
Xəbər Lenti Giriş Populyar Reklam