Cəlilabad rayonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Cəlilabad rayonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

Cəlilabad rayonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

Müəllif: Anar
//
01 fevral 2013
//
//

Cəlilabad rayonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

Tədbir 2 fevral - Gənclər Gününə həsr olunmuşdur.Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olmuşdur. Gənclər mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatları maraqla seyr etmişlər.Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov gəncləri 2 fevral -Gənclər günü münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur.Cəlilabad rayonunda bu il açılışı olan Olimpiya idman kompleksi və Heydər Əliyev adına yaradıcılıq mərkəzinin yaradılması bu siyasətin bariz nümünəsidirş Dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar,ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.Tədbirdə xüsusi vurğulanmışdır ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin etimadını həmişə dogrultmalıdırlar.Görüşün sonunda rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup gəncə Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Səbuhi RƏSULOV
Şöbə müdiri
Precious 24 dekabr 2016 18:47
I was so confused about what to buy, but this makes it unlerstandabde.

Xəbər Lenti Giriş Populyar Reklam