Azərbaycanda daha 137 hərbi qulluqçuya mənzillərin verilməsi qərara alınıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda daha 137 hərbi qulluqçuya mənzillərin verilməsi qərara alınıb

Azərbaycanda daha 137 hərbi qulluqçuya mənzillərin verilməsi qərara alınıb

Müəllif: Anar
//
01 fevral 2013
//
//

Azərbaycanda daha 137 hərbi qulluqçuya mənzillərin verilməsi qərara alınıb

Azərbaycan prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 2011-ci il dekabrın 28-i tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Xeberleragentliyi.com-un xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyin məlumatında deyilir.

İclasda Müdafiə Nazirliyi tərəfindən Komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş və komissiyanın müvafiq qərarları ilə mənzil növbəsinə qəbul edilmiş 357 hərbi qulluqçudan ilkin mərhələdə 137 nəfərin Bakı və Xırdalan şəhərlərində yerləşən mənzillərlə təmin edilməsi barədə qərar qəbul edilib, onlara verilən mənzillərin bölgüsü aparılıb.

Komissiya tərəfindən qəbul edilmiş qərarların icrası nəticəsində ümumilikdə mənzillə təmin olunmuş hərbi qulluqçuların sayı 187 nəfərə çatacaq.
Xəbər Lenti Giriş Populyar Reklam