Fransada ermənilərin uydurma tarixi abidəsi qoyulacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Fransada ermənilərin uydurma tarixi abidəsi qoyulacaq

Fransada ermənilərin uydurma tarixi abidəsi qoyulacaq

Müəllif: Kürsüm
//
31 yanvar 2013
//
//

Fransada ermənilərin uydurma tarixi abidəsi qoyulacaq

Fransanın erməni diaspor təşkilatları 2015-ci ildə uydurma erməni tarixinin «100 illiyi» münasibətilə Paris yaxınlığında yerləşən Sevr şəhərində Avropada ilk “erməni soyqırımı” abidəsinin və muzey kompleksinin açılışına hazırlaşırlar.


xeberleragentliyi.com Avropa bürosunun xəbərinə görə, bu barədə layihənin təşkilat komitəsi xüsusi olaraq yaradılan www.sevres2015.org internet səhifəsində məlumat yerləşdirib.

Layihənin həyata keçirilməsi üçün bütün dünya erməniləri tərəfindən xüsusi fond yaradılıb. Layihəni Fransada bir çox nüfuzlu ermənipərəst ictimai-siyasi xadim və elm adamları dəstəkləyir.

Qeyd edək ki, Sevr şəhərinin seçilməsi də təsadüfi deyil. Belə ki, Fransanın bu kiçik vilayətində Birinci Dünya müharibəsindən sonra, 10 avqust 1920-ci ildə müttəfiq dövlətlərlə Osmanlı imperatorluğu arasında «Sevr müqaviləsi» imzalanıb. Müqaviləyə əsasən, Osmanlı imperatorluğu faktiki olaraq böyük dövlətlər arasında bölüşdürülüb və onun şərq vilayətlərində Ermənistan dövlətinin yaradılması nəzərdə tutulub. Lakin avqustun 19-da toplanan Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini tanımadığını və Türkiyə torpaqlarının hər qarışı uğrunda savaşacağını bəyan edib. Bu səbəbdən müqavilə kağız üzərində qalıb.

Uydurma erməni tarixinin «100 illiyinə» həsr edilmiş «Sevr 2015» adlı bu layihənin həyata keçirilməsi istiqamətində aparılan işlərə ötən ilin sentyabrında start verilib. Hazırda bu təşkilata Fransada yaşayan hüquq elmləri doktoru, akademik Jerar Gergeryan rəhbərlik edir. Layihənin reallaşmasına Patrik Devicyan kimi Fransanın tanınmış şəxsləri də güclü lobbiçilik dəstəyi verərək, 2015-ci ildə Fransa və Ermənistan prezidentlərinin birgə iştirakı ilə xatirə muzeyinin rəsmi açılışına çalışırlar.
Xəbər Lenti Giriş Populyar Reklam