Sizin reklam burada
Sizin reklam burada

Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə müddətli əlavələr ödənilib

Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə müddətli əlavələr ödənilib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilmişdir.

Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə 1, 4 mln manat məbləğində müddətli əlavə ödənilmişdir.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilmişdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ