Elmar Məmmədyarov Monteneqronun səfirini qəbul edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Elmar Məmmədyarov Monteneqronun səfirini qəbul edib

Elmar Məmmədyarov Monteneqronun səfirini qəbul edib

Müəllif: Kürsüm
//
31 yanvar 2013
//
//

Elmar Məmmədyarov Monteneqronun səfirini qəbul edib

Yanvarın 30-da xarici işlər naziri Elmar Məmmədyarov Monteneqronun ölkəmizdə akkreditə olunmuş səfiri Ramo Bradiçi qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xeberleragentliyi.com-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanla Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bununla yanaşı, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin və hər iki ölkənin iş adamları arasında təmasların intensivləşdirilməsinin zəruriliyini bildirib.

Ramo Bradiç ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, hava daşımaları, enerji, turizm sahələrində ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə regionda baş verən proseslər, həyata keçirilən nəhəng enerji layihələri barədə də fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov siyasi və iqtisadi münasibətlərlə yanaşı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərə müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.
Xəbər Lenti Giriş Populyar Reklam