Gülər Əhmədova sayt açmasından danışdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Gülər Əhmədova sayt açmasından danışdı

Gülər Əhmədova sayt açmasından danışdı

Müəllif: Kürsüm
//
31 Ocak 2013
//
//

Gülər Əhmədova sayt açmasından danışdı

Sabiq millət vəkili Gülər Əhmədova yeni sayt açması barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.



Bu barədə APA-ya açıqlama verən G. Əhmədova qeyd edib ki, bu barədə yayılan informasiyalar tamamilə yalandır: “Zamanında mənim qəzetim də, saytım da olub. İstəsəydim, elə onların fəaliyyətini davam etdirərdim. Yeni sayt açmağa nə gərək var idi ki?”


G. Əhmədova bildirib ki, yeni yaradılan “jur.az” saytının onunla heç bir bağlılığı yoxdur, müəyyən qüvvələr bu kimi məlumatların yayılmasında maraqlıdır: “Mən bunu özümə qarşı təxribat kimi qiymətləndirəm. Belə xəbərlərin yayılmasında məqsəd mənimlə bağlı aparılan istintaqı yanlış istiqamətə yönəltməkdir. Mən həqiqətdən uzaq olan bu məlumatları yayan insanlara səslənirəm: Bu qədər şərəfsizlik etmək olmaz! Bir daha deyirəm ki, o saytın mənə heç bir aidiyyəti yoxdur. Bildiyimə görə, həmin saytı vaxtilə mənim rəhbəri olduğum “Mərkəz” qəzetində çalışmış Coşqun Əliyev açır. Bunun mənə nə aidiyyəti ola bilər? Adam vaxtı ilə mənimlə işləyib, indi gedib özünə sayt açıb. Bundan mənə nə?”


Yeni yaradılacaq “jur.az” saytının təsisçisi və redaktoru C. Əliyev də xeberleragentliyi.com açıqlamasında həmin məlumatları təkzib edib: “Təsisçisi olduğum “jur.az” saytının Gülər Əhmədova ilə heç bir bağlılığı yoxdur. Bu mənim və mənimlə birgə çalışacaq bir qrup gəncin şəxsi təşəbbüsüdür. Bəzi həmkarlarımın bunu niyə belə qısqanclıqla qarşıladığını isə başa düşə bilmirəm”.


Qeyd edək ki, artıq bir neçə gündür ki, mətbuatda G. Əhmədovanın yeni sayt açması barədə məlumatlar yayılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam