Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır

Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır

Müəllif: cavidan
//
09 Aralık 2020
//
//

Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov bu gün yenidən məhkəmə qarşısına çıxarılacaq.

Modern.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun barəsində irəli sürülən ittihamnaməyə baxacaq.

Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin martında saxlanılıb. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.
Xəbər Lenti Giriş Populyar Reklam