Tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili ölkə rəhbərliyinə təqdim olunub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili ölkə rəhbərliyinə təqdim olunub

Tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili ölkə rəhbərliyinə təqdim olunub

Müəllif: Kürsüm
//
30 Ocak 2013
//
//

Tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili ölkə rəhbərliyinə təqdim olunub

“2012-2013-cü tədris ili tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinin dərc olunduğu “Abituriyent” jurnalının 12-ci sayı ölkə rəhbərliyinə təqdim olunub”.
xeberleragentliyi.com-un məlumatına görə, bunu jurnalın təqdimatında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu jurnallar, həmçinin Milli Məclisin deputatlarına, təhsil şöbələrinə paylanıb: “TQDK ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin fənlər üzrə elmi-metodiki və statistik təhlilini də ayrıca kitabçalar şəklində dərc edib. Pedaqoji ictimaiyyət üçün nəzərdə tutulmuş bu kitabçalarda abituriyentlərin müvafiq fənlər üzrə qəbul imtahanlarında əldə etdikləri nəticələr, müvəffəqiyyət və çətinlikləri, tədris proqramı və dərsliklərin vəziyyəti, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və təkliflər əksini tapıb. Nəşr müvafiq təşkilatlara və aidiyyatı qurumlara təqdim olunub”.

TQDK sədri onu da qeyd edib ki, jurnalda bütün orta ümumtəhsil müəssisələrinin tələbə qəbulu üzrə nəticələri öz əksini tapıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam