Sizin reklam burada
Sizin reklam burada

Hərbi paradda nümayiş etdiriləcək texnikaların sayı açıqlandı - RƏSMİ

Hərbi paradda nümayiş etdiriləcək texnikaların sayı açıqlandı - RƏSMİ


Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Bu barədə Xeberleragentliyi.com a Müdafiə Nazirliyindən məlumat verilib.

Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ