Sizin reklam burada
Sizin reklam burada

3 dekabr-Beynəlxalq Əlillər Günüdür

3 dekabr-Beynəlxalq Əlillər Günüdür

İsmayıllı rayonunda 7 min nəfərdən çox müxtəlif kateqoriyalı fiziki qüsurlu sakin yaşayır. Prezident İlham Əliyevin Sərəncamları və qəbul etdiyi dövlət Proqramları əsasında yaradılan imkanlar əlillərin sosial həyatını zənginləşdirir,onları cəmiyyətə inteqrasiya edir, tam hüquqlu vətəndaşa çevirir. Dövlət tərəfindən müəyyən edilmiş imtiyazlar, qayğını və diqqəti əks etdirən yardımlar hər bir ünvana vaxtında çatdırılır. Hərəkət imkanları məhdud olan əlillər ilə mütəmadi olaraq görüşülür, onların vacib kommunal və məişət ehtiyacları öyrənilir, problemləri dinlənilir və yerli imkanlar əsasında tədbirlər görülür.

2020-ci ildə rayon rəhbərliyi əlillər ilə görüşlər keçirib, onlara əlil arabaları hədiyyə olunub və maddi köməkliklər edilib. Sentyabr ayında Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə İsmayıllıda Paravelosiped idmanı (Paracycling) üzrə təlim keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təlimdə iştirak edən idmançılarla rayonda fəaliyyət göstərən velosiped zavodunda (İsmi Bikes) görüşüb. Məşq prosesini yaxından izləyən rayon rəhəbəri iştirakçılarla səmimi söhbət edib. Görüşdə həmçinin, RİH başçısı ilə zavod rəhbərliyi gələcəkdə bu tip velosipedlərin və əlil arabalarının İsmi Bikes zavodunda istehsalının mümkünlüyü barədə fikir mübadiləsi aparıb.

Bildiririk ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
3 dekabr-Beynəlxalq Əlillər Günüdür

3 dekabr-Beynəlxalq Əlillər Günüdür
3 dekabr-Beynəlxalq Əlillər Günüdür
3 dekabr-Beynəlxalq Əlillər Günüdür

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ