Naməlum sümüklərin saxlanması üçün xüsusi mərkəz yaradılır » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Naməlum sümüklərin saxlanması üçün xüsusi mərkəz yaradılır

Naməlum sümüklərin saxlanması üçün xüsusi mərkəz yaradılır

Müəllif: Kürsüm
//
30 yanvar 2013
//
//

Naməlum sümüklərin saxlanması üçün xüsusi mərkəz yaradılır

Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır


Azərbaycanda itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması, bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılacaq.

xeberleragentliyi.com-un verdiyi məlumata görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20-ci ildönümünə və 2012-ci ilin yekunlarına həsr olunmuş iclasda Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

Şahin Sayılov deyib ki, Dövlət Komissiyasının qərarına uyğun olaraq bu məsələ ilə bağlı 2011-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Dövlət başçısı bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib və məsələnin icrası Səhiyyə Nazirliyinə tapşırılıb. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR