Hulusi Akar: “Rusiya ilə danışıqlar davam edir, hər şeyi etdik...” – Açıqlama » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Hulusi Akar: “Rusiya ilə danışıqlar davam edir, hər şeyi etdik...” – Açıqlama

Hulusi Akar: “Rusiya ilə danışıqlar davam edir, hər şeyi etdik...” – Açıqlama

Müəllif: cavidan
//
21 Kasım 2020
//
//

Hulusi Akar: “Rusiya ilə danışıqlar davam edir, hər şeyi etdik...” – Açıqlama

“Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərini uğurla geri aldı”.

Bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

“Rusiya ilə danışıqlarımız davam edir. Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin qorunması üçün edilməsi lazım olan hər şeyi etdik, edirik”, - nazir bildirib.

Azərbaycan türkünün müvəffəqiyyəti üçün lazım olan hər şeyi etdik:

“Azərbaycana hərbi qüvvə göndərməklə bağlı qərar verdik. Hazırlıqlarımız tamamlandı. Bu qərarın bir tələbi olaraq, türk hərbi qüvvələri ən qısa müddətdə vəzifələrini yerinə yetirmək üçün Azərbaycana göndəriləcək. Bu baxımdan xüsusilə Quru Qoşunlarımız işlərini tamamladı. Onların aparılması üçün Hava Qüvvələrimiz də hazırdır”.
Xəbər Lenti Giriş Populyar Reklam