“Twitter” videohostinqini işə salıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Twitter” videohostinqini işə salıb

“Twitter” videohostinqini işə salıb

Müəllif: Kürsüm
//
29 yanvar 2013
//
//

“Twitter” videohostinqini işə salıb

“Twitter” şirkəti qısa videoçarxların yaradılması və dərc edilməsi üçün nəzərdə tutulan “Vine” əlavəsini təqdim edib. xeberleragentliyi.com-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Vine” “iPhone”, “iPod” və “iPad” modellərində işləyir və onu App Store mağazasından pulsuz əldə etmək olar.

Əlavənin köməyi ilə altı saniyəlik səsli çarxlar yaratmaq və onu dostlarla paylaşmaq mümkündür. Yeni servisin yaradıcıları hesab edirlər ki, 6 saniyə “böyük fikri qısa formada” bildirmək üçün kifayət edir. Proqram səsi saxlamağa və bir neçə qısa çarxı montaj etməyə imkan verir. Video yalnız istifadəçi barmağını ekrana toxundurduqda yazılır. Bununla yanaşı istifadəçi videoyazını dayandıra və sonradan davam etdirə bilər, bu vəziyyətdə əlavə bütün əldə edilən fraqmentləri bir çarxda cəmləşdirəcək
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı