Sizin reklam burada
Sizin reklam burada

Ağdama komendant TƏYİN EDİLDİ

Ağdama komendant TƏYİN EDİLDİ

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Şəhər Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin olunub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağdam Rayon Polis Şöbəsi Ağdam şəhərinə köçürüləcək.


E.Zahidov deyib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətini davam etdirəcəklər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ