“Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi proqnozların əsasları” adlı yeni kitab çapdan çıxıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi proqnozların əsasları” adlı yeni kitab çapdan çıxıb

“Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi proqnozların əsasları” adlı yeni kitab çapdan çıxıb

Müəllif: Kürsüm
//
28 yanvar 2013
//
//

“Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi proqnozların əsasları” adlı yeni kitab çapdan çıxıb

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun “Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi proqnozların əsasları” adlı yeni əsəri çapdan çıxıb.

xeberleragentliyi.com-un xəbərinə görə, kitab müəllifin 2013-cü ildə nəşr etdirdiyi ilk, ümumiyyətlə isə 8-ci elmi əsəridir. Kitabın elmi redaktoru Cavid İsmayıldır.

Kitabda dövlətlər daxilində mövcud olan sosial və siyasi tərəflər, subyektlər arasında münasibətlərin tənzimlənməsi və beynəlxalq münasibətlər sferasında - dünyada siyasi düzənin (siyasi nizamın) mövcud və gələcək əsasları şərh edilir, mövcud dünya düzəninin formalaşmasında böyük güc mərkəzlərinin rolu göstərilir, gələcək dünya düzəni ilə bağlı ehtimallar əsasında bəzi fikirlər irəli sürülür.

Elmi və publisistik əsaslarla şərh edilən müddəalardan ibarət kitab beynəlxalq münasibətlər, ölkəşünaslıq, regionşünaslıq üzrə çalışan mütəxəssislər, tədqiqatçılar, jurnalistlər, siyasətçilər, müəllim və tələbələr, dövlət məmurları üçün faydalı ola bilər.
Xəbər Lenti Giriş Populyar Reklam