Zahid Oruc: “Hərbçilərin qarşısında günahkar idik” - AÇIQLAMA » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Zahid Oruc: “Hərbçilərin qarşısında günahkar idik” - AÇIQLAMA

Zahid Oruc: “Hərbçilərin qarşısında günahkar idik” - AÇIQLAMA

Müəllif: Kürsüm
//
28 yanvar 2013
//
//

Zahid Oruc: “Hərbçilərin qarşısında günahkar idik” - AÇIQLAMA

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən təklif edilən “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının qanunvericilik işləri planının layihəsinə salınıb.

Bunu xeberleragentliyi.com Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc söyləyib.

Zahid Oruc bildirib ki, həmin qanun layihəsi idarələrarası komissiya tərəfindən hazırlanıb, parlamentin müvafiq inzibati və qanunvericilik şöbəsi də bu işdə yaxından iştirak edib. Daha sonra sənəd müvafiq dövlət qurumlarına göndərilib. Onun sözlərinə görə, əlavə rəy və təklifləri olan Müdafiə Nazirliyi də artıq sənədin yaz sessiyasında müzakirəyə çıxarılmasının əleyhinə olmayıb: “Hər sessiyanın əvvəlində, birinci iclasda parlament qanunvericilik işlər planını təsdiq edir. Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən irəli sürülən “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin adı da artıq Milli Məclis üzvlərinə paylanılmış gündəlik layihələrində yer alıb”.

Zahid Oruc bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanarkən millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. Bu təkliflər sırasında hərbi qulluqçuların dövlət qulluqçusu statusu alması, bununla bağlı müxtəlif imtiyazlara malik olması da yer alıb: “Ancaq Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin son variantında hansı məsələlərin, təkliflərin yer aldığını söyləmək çətindir. Amma layihə müzakirəyə çıxarılacağı təqdirdə bunun hərbçilərin maraqlarına ancaq müsbət təsir göstərəcəyinə ümidvaram. Çünki ötən dövr ərzində ölkənin iqtisadi durumu da dəyişib, beynəlxalq əlaqələrimiz də güclənib. Bütün bunlar da bizdən hərbi qulluqçuların sosial təminatlarını ən yüksək səviyyəyə çatdırmağı tələb edir. Düzdür, artıq Maliyyə Nazirliyi müdafiə və Silahlı Qüvvələr sektoru ilə birlikdə 20 ildən artıq qüsursuz xidmət edən zabitlərin mənzil təminatını həyata keçirir və artıq son 1 ildə mənzil alanların sayı 400 nəfərdən çoxdur. Bu proses davam edir və mərhələ-mərhələ daha geniş səviyyədə həyata keçiriləcək. Amma biz keçmiş sistemdə hərbi sistemdən tərxis olunan qulluqçuların torpaqla təmin olunması ilə bağlı qanunvericilik müddəaları müəyyənləşdirirdik. Lakin bu müddəa işləmirdi və biz faktiki hərbçilərin qarşısında günahkar idik. Bu məsələ problem kimi ortada idi. İndi güman edirəm ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirə olunacaqsa, bu yöndə ciddi addım atmaq olar, dövlətimiz də bu mövqedədir. Lakin hələ layihə qarşımızda olmadığı üçün bu barədə təfsilatı ilə danışmaq mümkün deyil”.
Xəbər Lenti Giriş Populyar Reklam