Sizin reklam burada
Sizin reklam burada

Bakıda bəzi ərazilərdə tıxac yaranıb: Avtobuslar gecikir - SİYAHI

Bakıda bəzi ərazilərdə tıxac yaranıb: Avtobuslar gecikir - SİYAHI

Hazırda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, Bakı-Sumqayıt şossesi - 20 Yanvar dairəsi, Koroğlu Rəhimov küçəsi - hər iki istiqamət, Zərifə Əliyeva küçəsi, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqaməti, Üzeyir Hacıbəyov küçəsi, Heydər Əliyev prospekti əsas yol “Koroğlu” m/st-sı istiqaməti, Məhəmməd Hadi küçəsi “Əhmədli” m/st-sı istiqaməti, Ziya Bünyadov prospekti hər iki istiqamət, Abdulvahab Salamzadə küçəsi hər iki istiqamət, Rəşid Behbudov küçəsi, Tbilisi prospekti hər iki istiqamət, Binəqədi şossesi - Binəqədi istiqamətində Azneft dairəsində tıxac var.

Bildirilib ki, sıxlıq müxtəlif istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ