Səidə Dadaşova boşanmasından danışdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Səidə Dadaşova boşanmasından danışdı

Səidə Dadaşova boşanmasından danışdı

//
28 Ocak 2013
//
//

Səidə Dadaşova boşanmasından danışdı

Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova keçmiş həyat yoldaşı, türkiyəli Səlcuq Gökgözdən ayrılmasından danışıb. Xeberleragentliyi.com-a açıqlama verən müğənni bildirib ki, həyat yoldaşı ilə xasiyyətləri uyğun gəlmədiyini üçün ayrılıb: “Ailə qurduğum şəxsdən hansı səbəbdən boşanmağımın bütünlüklə deyə bilmərəm. Sadəcə onu bildirirəm ki, xasiyyətimiz uyğun gəlmədi. O isə mətbuatda haqqımda fikirlər səsləndirdi. Hər zaman demişəm ki, kişi xeylağı gərək ailəsi barəsində mətbuatda, orda-burda danışmasın. Həyatda elə dəyərlər var ki, onlar müzakirə olunmamalıdır. Bu adam ailəsini müzakirə etməklə, haqqımda fikir söyləməklə nə demək istəyir? Onunla evli olduğum müddətdə sayəmdə reklam olunmağını hiss etməmişdim. Amma xalqın gözü tərəzidir. İnsanlar baxsınlar, özləri bir qərar versinlər. O, özünü mənim adımla reklam etmək istəyir”.

Müğənni onu da bildirib ki, valideynləri onun Səlcuq Gökgözlə evlilik həyatına son vermək qərarını dəstəkləyiblər: “Boşanmaq istəyəndə atam, o cümlədən ailəmizin digər üzvləri seçimimə hörmətlə yanaşdılar. Dedilər ki, seçim sənindir. Sənə necə rahatdırsa, onu da et. Mən də öz seçimimi etdim. Peşman deyiləm”.

Qeyd edək ki, S.Gökgöz Səidə ilə ailə qurmazdan əvvəl ABŞ-ın Denver ştatında yaşayıb və orada NATO-da 26 il müfəttiş işləyib. O, bir dəfə ailə qurub və ayrılıb. Bir qız övladı var.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam