Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

Müəllif: cavidan
//
29 Ekim 2020
//
//

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev müsahibə verib, Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən söhbət açıb. İlk növbədə o, qeyd edib ki, son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib.



Vaqif Abdullayev Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci ilin mart ayının 11-də COVID-19 pandemiyası elan edilən kimi Azərbaycan, bütün dünya kimi, pandemiyanın təhlükəli təsirinə məruz qalmağı haqqında danışıb. Onun sözlərinə görə, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əsasən “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası qanununun tələbləri nəzərə alınmaqla, ölkə rəhbərliyinin çox ciddi və əhəmiyyətli tapşırıqlarının icrası və Azərbaycan hökuməti tərəfindən məqsədyönlü təşkili, Mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerli qurumlarının, yerli icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir.



“Hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik prosesin idarə olunması müasir üsulların tətbiqi və kompleks əksepidemik tədbirlərin təşkili vasitəsi ilə həyata keçirilir. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması ÜST-ün tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsi ilə həyata keçirilməsi təmin olunub” - deyə, baş direktor müavini firkini ifadə edib.



Bundan sonra müsahibəsini davam etdirən Vaqif Abdullayev COVID-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına yönəldilmiş əksepidemik tədbirlərin operativ və məqsədyönlü şəkildə həyata keçirilməsində Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin əhəmiyyətli rolunu xüsusi qeyd etmək lazım olduğunu vurğulayıb. Onun verdiyi məlumata görə, hər bir “pozitiv” nəticəli şəxs barədə məlumat alındığı andan etibarən ölkənin hər şəhər və bölgəsində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən dərhal epidemioloji təhqiqatın aparılmasına və əksepidemik tədbirlərin təşkilinə başlanılır. Vaqif müəllim bu tədbirlərin əsas məqsədinin epidemik prosesin inkişafını dayandırmaq üçün xəstəliyin yoluxma mənbəyinin müəyyənləşdirilməsi və lokallaşdırılması, digər şəxslərin yoluxmasının qarşısını almaq üçün xəstənin təcili təcrid olunması, xəstə ilə təmasda olmuş şəxslərin karantin nəzarətinə götürülməsi və karantin nəzarətində qalmaları üzərində nəzarətin təmin olunmasından ibarət olduğunu söyləyib.



Bundan başqa, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini pandemiyanın başlanmasından keçən 8 aydan artıq bir müddətdə göstərilən istiqamətlərdə Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin xəstəlik aşkar olunan yaşayış və iş yerlərində, kollektivlərdə səmərəli fəaliyyəti də xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlərinə öz töhfələrinin verməsini vurğulayıb. Vaqif Abdullayevin fikrinə əsasən, xəstəlik ocaqlarında və insanı əhatə edən mühitdə virusların məhv edilməsi məqsədilə effektiv dezinfeksiya tədbirlərinin vaxtında həyata keçirilməsi də çox vacib əhəmiyyət kəsb edir. Bu sahəyə də Səhiyyə Nazirliyinin xüsusi diqqəti sayəsində lazımi avadanlıq və vasitələr, habelə kifayət qədər işçi potensialı ilə təmin edilən dezinfeksiya xidməti tərəfindən mütəmadi həyata keçirilən bu tədbirlər haqqında da söhbət aparılıb.



Müsahibə zamanı koronavirus infeksiyası yayıldıqca epidemik prosesin idarə olunması üçün həyata keçirilən tədbirlərin intensivliyi və miqyasının artırılması mövzusuna da toxunuldu. Vaqif Abdullayevin Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji xidmətinin vahid strukturuna daxil olan qurumlarının COVID-19 infeksiyası ilə mübarizədə digər müvafiq qurumlarla əlaqəli fəaliyyətinin təmin olunmasının ən vacib fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb. Mərkəzin baş direktor müavini dedi: “Belə ki, müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai-iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısının alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, yerli icra hakimiyyətləri, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır”.



Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev müsahibəsinin sonunda hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların mövcudluğunun olduqca vacib olduğunu qeyd edib. O, Səhiyyə Nazirliyinin karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılması, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Xəbər Lenti Giriş Populyar Reklam