Prezident Xudafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident Xudafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi

Prezident Xudafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi

Müəllif: cavidan
//
19 Ekim 2020
//
//

Prezident Xudafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.
Xəbər Lenti Giriş Populyar Reklam